İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Tottenhem"ə uduzaraq (1:2) mübarizəni dayandıran "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, BBC onun sözlərini belə çatdırıb:
"Biz belə sürətli oynayarkən onların daha sürətli hücumlar qurması o deməkdir ki, biz həqiqətən yaxşı oynamışıq. Nə qədər yaxşı oynadığımızı əla bilirəm. Amma bəzən oyunçu sayına görə çətin vəziyyətə düşürük. Oyunçuların da öz sərhədləri var.
9 ildə bu qədər zədəli futbolçum olmamışdı. Bu gün meydana çıxanların da əksəriyyəti matçı problemlə başa vurdular. Sabahkı məşqdə iki qapıçı və Erlinq Holand olacaq. Cəmi 13 oyunçu qalıb. Hərçənd belə vəziyyətlər oyunçuların irəli addım atmasını da şərtləndirir".
Nihat