"Napoli"nin heyətində 100-cü oyununu İtaliya A seriyasının 10-cu turunda səfərdə "Milan"a qarşı keçirən (2:0) Xviça Kvaratsxeliya sosial şəbəkə hesabında paylaşım edib.
Fanat.Az xəbər verir ki, yubiley matçında uzaq məsafədən baxımlı qol vuran gürcü futbolçu fotosunu izləyicilərinə təqdim edərək belə yazıb:
"100-cü oyunumu özüməməxsus şəkildə qeyd edirəm".
Qeyd edək ki, 10 tura 25 xal toplayan "Napoli" A Seriyasının turnir cədvəlində 1-ci pillədə mövqe tutub.
Nihat