"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol Skoulz İngiltərə nəhənginin baş məşqçi postunu hansı mütəxəssisin tutmalı olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "The Overlap" onun sözlərini belə çatdırıb:
"Düşünürəm ki, ideal namizəd Tomas Tuxel olardı. Amma o, İngiltərə millisində işləyəcək. Tuxel böyük komandaları çalışdırmağı, böyük oyunlarda qələbə qazanmağı bacaran mütəxəssisdir".
Xatırladaq ki, Erik ten Haq MY-nin baş məşqçi postundan oktyabrın 28-də qovulub. Komanda müvəqqəti olaraq Rud van Nistelroya tapşırılıb.
Nihat