Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı hücumçusu Neymar karyerasını MLS-də davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "The Miami Herald" yayıb.
Xəbərə görə, Neymar MLS klubu, argentinalı ulduz hücumçu Lionel Messinin çıxış etdiyi "İnter Mayami"yə keçə bilər. Onun karyerasını məhz bu klubda bitirməyi düşündüyü bildirilir.
Neymarın "Əl-Hilal" ilə 2 illik müddətə müqaviləsi var və bu anlaşma 2025-ci ilin 30 iyununa qədər qüvvədədir.
Mirağa