İtaliya A Seriyasının 10-cu turunda öz meydanında "Parma" ilə 2:2 hesablı heç-heçə edən "Yuventus"un müdafiəçisi Andrea Kambyazo oyunu dəyərləndirib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, arxa xətt oyunçusu belə danışıb:
"Bir qədər tənbəl idik. "Parma"nın sürətli oyunçularının eyni hücumu təkrarlamasına bir neçə dəfə mane ola bilmədik. Biz yeni komandayıq. Oyundan-oyuna böyüməli, daha yaxşı anlaşa bilmək üçün eyni düşünməliyik. "Parma" ilə matçda mən də iki epizodda qapıya zərbə endirə bilərdim. Məşqlərdə inkişaf etməli, "artırmalıyam".
Nihat