"Qızıl top"un yeni qalibi, "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri Ernandes iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı nüfuzlu "Relevo" nəşri yayıb.
İddiaya görə, İspaniyanın "Real Madrid" klubu onunla müqavilə imzalamaq niyyətindədir. "Kral klubu"nun prezidenti Florentino Peres Rodrini gələn yay transfer etməyi planlaşdırır. Ulduz yarımmüdafiəçinin keçidini reallaşdırmaq üçün "Real" Ourelyen Tçuamenini satmaq niyyətindədir. İspaniya millisinin üçvünün də vətəninə dönmək niyyətində olduğu və bu transferə razılıq verməyə çalışdığı bildirilir.
Xatırladaq ki, Rodri Hernandes zədə səbəbindən bu mövsüm oynaya bilməyəcək.
Mirağa