Argentina millisinin və "İnter"in hücumçusu Lautaro Martines gələcək hədəflərindən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Icon Magazine" belə çatdırıb:
"Həmişə deyirəm, mükafatlar üçün nəzərdə tutulan rəfdə hər zaman yenilərinə məmnuniyyətlə yer tapmaq olur. Düzdür, mənə həm milli, həm də klubumla çox mükafat qazanmaq qismət olub. Amma yeni uğurlar haqda düşünmək, yeni mükafatlar qazanmağı hədəfləmək lazımdır. Əlbəttə, indi növbəti dəfə İtaliya çempionu və kapitan olmaq istəyirəm. Bu, tortun üstündə gilənar kimi olar".
Nihat