"Barselona"nın hücumçusu Robert Levandovski oktyabrda İspaniya La Liqasının ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Polşalı hücumçu keçən ay İspaniya çempionatında “Barselona”nın heyətində üç oyun keçirib və “Real Madrid”lə (4:0) görüşdəki dubl daxil olmaqla, 7 qol vurub.
36 yaşlı Levandovski 2022-ci ilin iyulunda 45 milyon avroya "Bayedn Münhen"dən "Barselona"ya keçib. Robertin Kataloniya klubu ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədərdir.
11 turdan sonra "Barselona" La Liqada liderdir və "Real Madrid"i 6 xal qabaqlayır.
Mirağa