La Liqada oktyabrın ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu, "Barselona"nın 36 yaşlı hücumçusu Robert Levandovskidir.
Polşalı ulduz ötən ay La Liqada 7 qol vurub. O, "Alaves"lə matçda het-trik edib, "Sevilya" və "Real Madrid"lə görüşlərdə isə dublla yadda qalıb.
Levandovski bu ad uğrunda mübarizədə Vinisius Junior (“Real Madrid”), Antuan Qrizmann (“Atletiko Madrid”), Aleks Berenqer (“Atletik”) və Mikel Oyarzabalı (“Real Sosyedad”) qabaqlayıb.