"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim "Sportinq"i İngiltərə nəhənginə dəyişməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Record" onun sözlərini belə çatdırıb:
"Çox şey danışa bilmərəm. Hələ çempionat başlamamış "Sportinq"də son mövsümümü keçirdiyimi rəhbərliyə demişdim.
Mövsüm başladı və biz yaxşı oyunlar keçirdik, nəticələr qazandıq. "Mançester Yunayted" təzminat məbləğini ödədi, ardından danışıqlara başladıq. Onlardan mövsümün sonunadək vaxt istədim, razılaşmadılar. Dedilər ki, ya indi, ya da heç vaxt. Razılaşmasam, mövsümün sonunda başqa iş yeri axtarmalıydım. 3 gün düşünüb həyatımı dəyişəcək qərarı verdim.
"Sportinq"dən ayrılmaq qarışıq hisslər yaradır. Təbii ki, duyğusal məqamlar da var. Ayrılmaq çətindir. Mən "Sportinq"ə hər şeyimi vermişəm. Bu komanda mənim üçün çox şey deməkdir... İndi ruhum da rahatdı. Onlara mənə xərclədiklərindən 3 dəfə çox qazandırmışam".
Qeyd edək ki, MY Amorim üçün "Sportinq"ə 10 milyon avro təzminat ödəyib. O, noyabrın 11-dən işə başlayacaq.
Nihat