"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim "qırmızı şeytanlar"ın "Sportinq"in hücumçusu Viktor Dyökereşi transfer edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Yanvarda "Sportinq"in heç bir oyunçusunu transfer etmək fikrim yoxdur. "Sportinq"də həyatımın ən gözəl illərini keçirmişəm və bunu unutmayacam".
Xatırladaq ki, Amorim noyabrın 11-dən MY-nin baş məşqçisi qismində fəaliyyətə başlayacaq. İngiltərə nəhəngi onu klubun "sükanı arxası"na gətirmək üçün sabiq klubu "Sportinq"ə 10 milyon avro təzminat ödəyib.
Nihat