İngiltərə Premyer Liqasının 10-cu turunda səfərdə "Bornmut"a uduzan (1:2) "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola sensasion məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, BBC onun sözlərini belə çatdırıb:
"Onların qol epizodları az olmadı. Amma biz də sona yaxın fürsətlər yaxaladıq. Rəqibin vingerlərindən bir dəfə də top ala bilmədik. İlk yarıda onlara qarşı oynamaq çətin idi. "Bornmut" qələbəni haqq edirdi. Meydanda bütün güclərini qoymuşdular".
Qeyd edək ki, 23 xalı olan "Mançester Siti" turnir cədvəlinin 2-ci, 15 xala malik "Bornmut" isə 8-ci pilləsində mövqe tutub.
Nihat