"Real Madrid"in yarımmüdafiəçisi Orelyen Tçuameni İspaniyanı İngiltərəyə dəyişə bilər.
Fanat.Az xəbər verir ki, qışda heyətini gücləndirmək istəyən "Liverpul" fransalı ilə ciddi maraqlanır.
İnformasiyanı "Teamtalk" yayıb. Mənbənin məlumatına görə, "Kral klubu" futbolçunu 100 milyon funt sterlinqə (119 milyon avro) satmağa hazırdır. .
Tçuameni bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib. Futbolçunun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Mirağa