Azərbaycanlı hücumçu Mahir Emreli Almaniyada “Nürnberq”in heyətində növbəti qolunu vurub.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının üzvü 2-ci Bundesliqanın 11-ci turu çərçivəsində “Hamburq”la görüşdə rəqib qapısına yol tapıb.
O, komandası hesabda geridə olarkən, 62-ci dəqiqədə hesabı bərabərləşdirən qolun müəllifi olub.
65-ci dəqiqədə sarı vərəqə alan Mahir bundan 3 dəqiqə sonra əvəzlənib.
Qarşılaşma bərabərliklə yekunlaşıb – 1:1.
Emrelinin komandası hazırda 17 xalla 6-cı pillədə qərarlaşıb.