İngiltərə Premyer Liqasının 10-cu turunda səfərdə "Tottenhem"ə 1:4 hesabı ilə uduzan "Aston Villa"nın baş məşqçisi Unai Emeri ağır məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, onun dediklərini Birmingem klubunun rəsmi saytı belə çatdırıb:
"Üzgün və pərişanıq, amma ilk yarıda fantastik göründük. Fasiləyədək üstünlüyümüzdən yararlansaq da, ikinci yarının əvvəllərində rəqib hesabı bərabərləşdirə bildi. Bizim yenə hesabda önə çıxmaq üçün şanslarımız olsa da, "Tottenhem" ikinci qolu vurandan sonra oyunun axarı dəyişdi. "Tottenhem" hesabda öndə olanda çox effektli əks-hücumlar qururdu. Hesab haqq etdiyimizdən böyük oldu. Biz yaxşı mübaizə apardıq və oynadığımız futbolla xal qazanmağa yaxın idik".
Nihat