"Rusiya millisi Asiya Futbol Konfederasiyasına lazım deyil".
Fanat.Az xəbər verir ki, bunu Özbəkistan millisinin və "Rubin"in müdafiəçisi Rustam Aşurmatov deyib.
"Sport24.ru" saytına danışan futbolçu Ukraynadakı müharibə səbəbindən FİFA və UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılan Rusiya yığması barədə səsləndirdiyi fikri belə əsaslandırıb:
"Niyə lazım deyil? Çünki Rusiyanın yenidən Avropa turnirlərinə buraxılacağına ümid edirəm. Asiyaya üz tutmaq lazım deyil. Rusiya Asiyada oynasa, qitənin ən yaxşı komandası ola bilər. Heyətində keyfiyyətli oyunçuların sayı çoxdur".
Xatırladaq ki, sözügedən ölkənin komandaları 2022-ci ilin fevralından beynəlxalq yarışlardan uzaqlaşdırılıblar.
Nihat