"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola sıx təqvimdən narazılığını bildirib.
Fanat.Az xəbər verir ki, o, bu barədə "Mundodeportivo"ya danışıb:
"Keçən mövsümlərdə də biz çox oyuna çıxırdıq. Amma Klublararası Dünya Çempionatında yarışın son mərhələsinə çıxsaq, 70-dən çox oyun keçirəcəyik. 70 oyun isə NBA-dakı kimidir. Fərq budur ki, NBA-da dörd aylıq istirahət olur, bizim üç həftə məzuniyyətimiz var".
Qeyd edək ki, hesabında 23 xalı olan "Mançester Siti" İngiltərə Premyer Liqansının turnir cədvəldə 2-ci pillədə qərarlaşıb.
Mirağa