"Arsenal" risk etməli, Pol Poqba ilə müqavilə bağlamalıdır".
Fanat.Az DAZN-a istinadən xəbər verir ki, bu sözləri Fransa millisinin və "Arsenal"ın sabiq futbolçusu Emmanuel Peti deyib.
O, dopinq testi müsbət nəticələndiyi üçün aldığı 4 illik diskvalifikasiya cəzası 1,5 ilə endirilən və gələn ilin martından rəsmi matçlarda oynamaq hüququ olan Poqbanın "topçular"ın sıralarında xüsusi motivasiya ilə mübarizə aparacağını düşünür:
"Poqbanı transfer etsələr, bütün gücünü meydanda qoyacaq. Pol bir neçə həftəyə formaya düşəcək və özünü sübut etməyə çalışacaq. Motivasiya istənilən mütəxəssis, eləcə də "Arsenal"ın baş məşqçisi Mikel Arteta üçün önəmli faktordur. Poqba hündür, güclü və kreativdir. "Arsenal"ın yarımmüdafiə xəttinə uyğun futbolçudur. Polun xoşbəxt olanda nə dərəcədə yaxşı oynadığını hamımız bilirik. Ona sevgi və inam lazımdır. Arteta və "Arsenal" bu məqamı nəzərə almalıdırlar".
Xatırladaq ki, Poqba hazırda müqavilə ilə "Yuventus"a məxsusdur. Tərəflər sazişə qarşılıqlı razılıq əsasında xitam verməyə hazırlaşırlar.
Nihat