"Mançester Yunayted"in keçmiş kapitanı Qari Nevill klubun transfer siyasətini tənqid edib.
Fanat.Az xəbər verir ki, "Mirror"a danışan klubun əfsanəvi oyunçusu son 10 ildə yalnız bir oyunçunun özünü doğrultduğunu deyib:
"Komandanın son on ildə yalnız bir uğurlu transferi olub. "Yunayted" 2013-cü ildən, əfsanəvi baş məşqçi Ser Aleks Ferqyusonun gedişindən sonrakı müddət ərzində altı məşqçini dəyişib. Heç biri effektiv transferlər həyata keçirə bilmədi. Gələnlərin çoxu komandaya qoşulduqdan sonra performanslarını pisləşdirdilər. Yalnız Brunu Fernandeşi fərqləndirə bilərəm. O, komandada vacib oyunçuya çevrildi. Təsadüfi deyil ki, üç dəfə ilin oyunçusu titulunu qazanan yeganə futbolçudur.
Ruben Amorim situasiyanı dəyişməzsə, o, da bütün digər həmkarları kimi uğursuz olacaq”.
Nevill həmçinin əlavə edib ki, "Mançester Yunayted" son on ildə transferlərə 1 milyard funt sterlinqdən çox xərcləyib.
Mirağa