Türkiyə Super Liqasının 11-ci turunda səfərdə "Trabzonspor"u məğlub edən (3:2) "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu hakim idarəçiliyindən şikayətlənib.
Fanat.Az xəbər verir ki, "Lewisbanche" portuqaliyalı mütəxəssisin sözlərini belə çatdırıb:
"Məni bura gətirərkən mövcud vəziyyətin yarısı barədə məlumatlandıran "Fənərbağça" rəhbərliyini günahkar sayıram. Hakimlik haqda dolğun bilgi versəydilər, heç vaxt gəlməzdim! Mən türk deyiləm, siz türklər vəziyyətin bu yerdə qalmasına imkan verməyin".
Qeyd edək ki, 11 tura 23 xal toplayan "Fənərbağça" turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub.
Nihat