"Brentford"un lideri Brayan Mbeumo qış transfer pəncərəsində klubunu dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Insider" yayıb.
Mənbənin məlumatına görə, son anda problem yaranmasa, 25 yaşlı kamerunlu futbolçu karyerasını İngiltərənin başqa klubunda davam etdirəcək. "Nyukasl" onu transfer etmək istəyir. "Brentford"un öz hücumçusu üçün 50 milyon avrodan bir qədər çox pul tələb etdiyi, "Nyukasl"ın da həmin məbləği böyük ölçüdə ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, Mbeumonun "Brentford" ilə müqaviləsinjn müddəti 30 iyun 2026-cı ilə qədərdir və anlaşmanın daha bir il uzadılması nəzərdə tutulub.
Mbeumo "Brentford"a 2019-cu ildə 6,5 milyon avroya "Troyes"dən keçib.
Brayan bu mövsüm İngiltərə Premyer Liqasında "Brentford"un heyətində 9 oyun keçirib və 8 qol vurub.
Mirağa