İspaniyada tüğyan edən daşqınlar "Barselona"nın hücumçusu Robert Levandovskiyə də ziyan vurub.
Fanat.Az xəbər verir ki, polşalı forvardın evi zərər görüb.
Bu barədə futbolçunun həyat yoldaşı "Instagram" hesabında paylaşım edib. O, İspaniyadakı evlərinin qarajının su altında qaldığını bildirib.
Kastelydefelsdə (Kataloniya) yaşayan polşalı forvard yolları su basdığı üçün məşq meydançasına getməkdə çətinlik çəkib.
İspaniyada daşqınlar nəticəsində 200-dən çox insan həlak olub.