Sabiq "Barselona"lı İspaniyadakı həyatdan gileyləndi: "Bu, rəzalətdir"

Sabiq "Barselona"lı İspaniyadakı həyatdan gileyləndi: "Bu, rəzalətdir"

"Barselona"nın sabiq müdafiəçisi, hazırda "Betis"də çıxış edən Ektor Belyerin İspaniyadakı həyat səviyyəsindən şikayətlənib.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun sözlərini belə çatdırıb:

"Futbolçularla yanaşı, rəssam, mühəndis və digər peşə sahibləri arasında da dostlarım var. Bu, məni İspaniyadakı sosial reallıqlara daha yaxın edir. Mənim üçün vacib olan budur ki, hər kəs gündə üç dəfə yemək yeyə bilsin, hamının evi olsun və insanlara haqq etdikləri maaş verilsin. Dostlarım arasında yaşı 30-u keçənlərin bəzilərinin yaşayış şəraiti yaxşı deyil, qohumlarından kömək istəyirlər. Bu, rəzalətdir".

Xatırladaq ki, Belyerin 2023-cü ildən "Betis"də oynayır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər