Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda səfərdə "Real Madrid"i 3:1 hesabı ilə məğlub edən "Milan"ın baş məşqçisi Paulu Fonseka oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, jurnalist Canluka Di Martsionun saytı onun sözlərini belə çatdırıb:
"Meydana çıxmağa qorxmayan oyunçularımızın cəsarəti hesabına qələbə qazandıq. Biz oyunu nəzarətdə saxlamağı əvvəldən planlaşdırmış, buna hazırlaşmışdıq. İlk yarıda işimizi layiqincə gördük. İkinci yarıda bizə daha çətin olsa da, çətinliyin öhdəsindən gəldik.
Vurduğumuz qollar öz yerində, həm də keyfiyyətli oyun sərgilədik. Avrokuboklarda üstünülüyü və topa nəzarəti əldə saxlamaq çox önəmlidir. Bu gün sübut etdik ki, İtaliya klubları yalnız müdafiə olunmaqla kifayətlənmirlər".
Nihat