Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda evdə "Mançester Siti"ni darmadağın edən (4:1) "Sportinq"in baş məşqçisi Ruben Amorim "şəhərlilər"in əzəli rəqibi "Mançester Yunayted"in "sükanı arxası"nda oxşar nəticələr qazanıb-qazanmayacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Yahoo Sports" onun sözlərini belə çatdırıb:
"Bu nəticənin "Mançester Yunayted"ə aidiyyatı yoxdur. Buradakı durum başqa, oradakı başqa... "Mançester Yunayted" "Sportinq" kimi oynaya bilməz. Uyğunlaşmaq lazım gələcək".
Xatırladaq ki, Amorim noyabrın 11-dən MY-nin baş məşqçisi olacaq.
Nihat