"Kriştianu Ronaldu indi məni görsə, yəqin ki, tanıyar".
Fanat.Az xəbər verir ki, bunu "Mançester Yunayted"in və Serbiya millisinin sabiq yarımmüdafiəçisi Zoran Toşiç deyib.
"Championat.com" saytına danışan Toşiç MY-də portuqaliyalı superulduzla birlikdə oynadığı dönəmi yada salıb:
"Onunla altı ay bir yerdə oynadıq, sonra "Real Madrid"ə keçdi. Hər gün məşqdə Kriştianunu izləyir, etdiklərini təkrarlamağa çalışırdım. Məşqlərin ardından həm meydanda, həm də zalda çalışırdım. Ronaldu da gənc idi, amma mənim, yaşım daha az idi. Naninin, Makedanın, Uelbekin və Andersonun da həmçinin.
Sonradan millinin heyətində Portuqaliya yığmasına, Moskva MOİK-i ilə "Real"a qarşı oynayanda onunla söhbətləşmişəm. Üstündən çox vaxt keçib, amma məncə, görüşsək, tanıyar".
Nihat