"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 2-ci turunun oyununda - "Tottenhem"lə matçda dizaltı vətərlərindən xəsarət alaraq uzun müddətə sıradan çıxan yarımmüdafiəçisi Meyson Mauntun son vəziyyətini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 25 yaşlı futbolçunun bazar ertəsindən kollektiv məşqlərə başladığı bildirilib.
Mauntun rəsmi matçlarda nə vaxt iştirak edəcəyi haqda məlumat verilməsə də, onun səylə çalışdığı və əsas heyətdəki yerini qaytarmaq niyyətində olduğu vurğulanıb.
Qeyd edək ki, Maunt MY-yə 2023-cü ilin yayında, 60 milyon avro qarşılığında "Çelsi"dən transfer edilib.
Nihat