50 yaşlı portuqaliyalı çalışdırıcı Leonardu Jardim "Əl-Əyn"in baş məşqçisi olacaq.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, portuqaliyalı bu həftə Birləşmiş Ərəb Əmirlikləri komandasının yeni baş məşqçisi kimi müqavilə imzalayacaq. Müqavilənin müddəti 2025-ci ilin iyun ayına qədər qüvvədə olacaq.
Jardim əvvəllər "Rayyan", "Şabab", "Əl-Hilal", "Monako", "Sportinq", "Olimpiakos", "Braqa" kimi komandaları çalışdırıb.
Qeyd edək ki, noyabrın 5-də Asiya Çempionlar Liqası çərçivəsində “Əl-Nəsr” “Əl-Əyn”ə 5:1 hesabı ilə qalib gəlib və əmirlik təmsilçisi tanınmış argentinalı çalışdırıcısı Ernan Krespo ilə yollarını ayırıb.
"Əl-Əyn" BƏƏ Premyer Liqasında 8 xalla 8-ci yerdədir.
Mirağa