UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçirilən "Ayaks" (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail) matçından sonra baş verənlərlə bağlı araşdırmalara başlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qurum həmçinin yaydığı bəyanatda baş verən insidentləri, zorakılıq aktlarını qətiyyətlə pislədiyini, müvafiq orqanların bu cür hərəkətlərə görə məsuliyyət daşıyan şəxsləri müəyyənləşdirəcəyini və onlara qarşı ittiham irəli sürəcəyinə ümidvar olduğunu bildirib. Bəyanatda mövcud sübutların araşdırılacağı və qiymətləndiriləcəyi açıqlanıb.
Qeyd edək ki, Niderland polisi tərəfindən Amsterdamda israilli azarkeşlərə silahlı hücumda şübhəli bilinən 62 nəfərin saxlanıldığı açıqlanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, beş nəfər xəstəxanaya yerləşdirilib.