Rodrini itirdikdən sonra işləri yolunda getməyən "Mançester Siti" qışda yeni yarımmüdafiəçi transfer edəcək.
Fanat.Az "Fichajes"-ə istinadən xəbər verir ki, İngiltərə çempionu "Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde ilə maraqlanır.
Mənbənin məlumatına görə, Valverdenin həm dayaq zonasında, həm də hücuma meylli mövqedə oynaması “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanı cəlb edir. Bununla belə, Federiko Valverdenin “Mançester Siti”yə transferini reallaşdırmaq çox çətin olacaq. Madrid nəhəngi, Karlo Ançelottinin sistemindəki əhəmiyyətini nəzərə alaraq uruqvaylı üçün istənilən təklifi rədd edə bilər. İstənilən halda, "Mançester Siti" yaxında futbolçu üçün təklif hazırlayıb ispanların "qapısını döyəcək".
"Transfermarkt" 26 yaşlı Valverdenin dəyərini 130 milyon avroya qiymətləndirir.
Mirağa