İsveçrə millisinin və Avstriyanın "Blau-Vayss" klubunun futbolçusu Silvan Vallner 22 yaşında karyerasını bitirib.
Fanat.Az-ın yerli mətbuata istinadən məlumatına görə, mərkəz müdafiəçisi bu barədə özü açıqlama verib.
Silvan karyerasını bitirməsinin səbəbini özünü dinə həsr etməsi ilə əlaqələndirib. Oyunçu qarşılaşmaların əksəriyyətinin din üçün müqəddəs sayılan şənbə gününə salındığını və bu səbəbdən karyerasını bitirdiyini söyləyib.
Qeyd edək ki, Vallner sentyabrda "Sürix"sən "Blau-Vayss"a transfer olunub və bu komandada 5 matça çıxıb. O, İsveçrənin gənclərdən ibarət millisinin heyətində 3 oyun keçirib.