"Mançester Yunayted"dən yeni ayrılan Erik ten Haqın işsiz günləri uzun çəkməyə bilər.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssis İtaliya A Seriyasında çalışa bilər.
İnformasiyanı "Corriere dello Sport" yayıb. Xəbərə görə, "Roma"nın rəhbərliyi yeni məşqçinin təyinatını müzakirə etmək üçün bazar ertəsi Londonda olublar.
Bundan əvvəl klub İvan Yuriçi istefaya göndərib. Onun potensial varisləri arasında Erik ten Haqla yanaşı, “Çelsi” və “Brayton”un keçmiş baş məşqçisi Qrem Potter var.
Massimiliano Alleqri, Roberto Mançini, Klaudio Ranyeri və Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montellanın da potensial namizəd olması bildirilsə də, klubdan onların heç biri ilə əlaqə saxlanılmadığı bildirilib.
Mirağa