Səudiyyə Ərəbistanının milyorderlərindən olan Türki əl-Şeyx “The Ring” jurnalını alıb.
Fanat.Az xəbər verir ki, məlumatı ərəb şeyx sosial şəbəkə hesabı üzərindən paylaşıb.
KİV Türkinin sport-maqazin jurnalına 10 milyon dollar ödədiyini idda edib.
“Boks İncili” adlanan nəşr Oskar De La Heyaya məxsus olub, lakin iflasa uğradığı üçün iki il işıq üzü görməyib.
Əl-Şeyx jurnalın tezliklə çapa qayıdacağını və boks dünyasındakı hadisələri işıqlandırmaqa davam edəcəyini açıqlayıb.
“The Ring” jurnalının ilk nömrəsi 1922-ci ilin fevralında işıq üzü görüb.
Mirağa