Millimizin üzvü Rusiya çempionu oldu

Millimizin üzvü Rusiya çempionu oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva Rusiyada titul qazanıb.

Fanat.Az xəbər verir ki, o, "Zenit" heyətində ölkə çempionu olub.

Sankt-Peterburq təmsilçisi son turda ÇSKA-nı 1:0 hesabı ilə məğlub edərək mövsümü məğlubiyyətsiz başa vurub.

Nigar Mirzəliyeva bu mövsüm "Zenit"in heyətində 7 oyuna çıxaraq 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər