"Neymar 5 "Qızıl top" qazanmalı idi" - Buffon

"Neymar 5 "Qızıl top" qazanmalı idi" - Buffon

Əfsanəvi italiyalı qapıçı Canluici Buffon Neymarı karyerası ərzində qarşılaşdığı ən yaxşı oyunçu adlandırıb.

Fanat.Az xəbər verir ki, Buffon  “Corriere della Sera” nəşrinə müsahibəsində belə deyib:

"Qarşılaşdığım ən yaxşı futbolçu kimdir? Üç nəslə qarşı oynamışam, seçim etmək çətindir. Zidan, Ronaldo, Messi, Kriştianu Ronaldu, İnyesta... Bir nəfərin adını çəkməliyəmsə, Neymar. Futbolçu bacarığını və şəxsi keyfiyyətini nəzərə alsaq, o, beş "Qızıl top" qazanmalı idi”.

Qeyd edək ki, Buffon və Neymar 2017-2018-ci illərdə PSJ-də komanda yoldaşı olublar.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər