"Bayern Münhen" Palinyasız qaldı

"Bayern Münhen" Palinyasız qaldı

"Bayern Münhen"in yarımmüdafiəçisi Joau Palinya zədələnib.

Fanat.Az Almaniya nəhənginin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Portuqaliya millisinin məşqində xəsarət alıb.

29 yaşlı futbolçunun əzələsində problem aşkarlanıb. Joau bu səbəbdən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Bayern" Palinyanı bu ilin yayında İngiltərənin "Fulhem" klubundan alıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər