Arteta darmadağını belə dəyərləndirdi

Arteta darmadağını belə dəyərləndirdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda səfərdə "Sportinq"i 5:1 hesabı ilə məğlub edən "Arsenal"ın baş məşqçisi Mikel Arteta darmadağını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, ispan mütəxəssisin sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"18 ayda bir oyunda da uduzmayan komandaya qarşı dominant futbol sərgiləyib qollar vurmaq asan iş deyil. Biz bunun öhdəsindən gəldik. Künc zərbəsindən sonra buraxdığımız qola görə üzgünük. Rəqibin keyfiyyətini, bizimlə matça necə hazırlaşdığını gördük. 

"İnter"ə uduzduğumuz oyunda da komandamın üstün çıxışla diqqət çəkməsindən razı qalmışdım. Düzdür, nəticələr fərqlidir. Amma biz bu iki qarşılaşmada ortaya yaxşı futbol qoymuşuq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər