Coşqun oynadı, komandası qələbə qazandı

Coşqun oynadı, komandası qələbə qazandı

Türkiyə 1-ci Liqasında 14-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyevin çıxış etdiyi "Bandırmaspor" da növbəti matçına çıxıb.

Sözügedən komanda "Yeni Malatyaspor"la qarşılaşıb. Diniyevin komandası autsayderlə qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. Coşqun start heyətində yer alıb və fasilədə əvəzlənib. O, yerini "Qarabağ"ın sabiq hücumçusu Adama Diakabiyə verib ki, "Bandırmaspor"un ikinci qoluna məhz fransalı forvard imza atıb. 

Qeyd edək ki, 9 oyundur uduzmayan "Bandırmaspor" 28 xalla 2-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər