"Mançester Siti"nin hücümçusu Filip Fiden Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Feyenoord"a qarşı keçirdikləri matçda (3:3) 3 top fərqi ilə önə çıxmalarına rəğmən, qələbəni əldən vermələrindən danışıb.
Fanat.Az xəbər verir ki, "şəhərlilər"in rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Görünən budur ki, işimizin öhdəsindən gələ bilmədik. Oyuna tam nəzarət etsək də, nəticə belə oldu. Son günlərdə nəticə ilə barışmağa və o oyunu unutmağa çalışmışıq. Buraxdığımız qollarla bağlı bir qədər bəxtimiz gətirmədi".
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində 5 oyuna 8 xal toplayan MS hazırda turnir cədvəlində 17-ci yerdədir.
Nihat