"Yuventus"un müdafiəçisi Danilo iş yerini dəyişə bilər.
Fanat.Az "Football Italiana istinadən xəbər verir ki, 33 yaşlı oyunçunun xidmətində "Napoli" maraqlıdır.
Neapollular Danilonu qış transfer pəncərəsində heyətə cəlb etməyi planlaşdırırlar. Start "11-lik"dəki yerini itirən braziliyalı oyunçunun bu varianta isti yanaşdığı bildirilib.
Qeyd edək ki, Danilonun "Yuventus"la müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub. Sözügedən futbolçu cari mövsüm 12 matça çıxıb.