"Leypsiq"in müdafiəçisi David Raum karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Florian Plettenberq "X" sosial şəbəkə hesabı üzərindən yayıb.
Xəbərə görə, o, "Mançester Yunayted"in transfer siyahısındadır. Klub, o cümlədən, yeni çalışdırıcı Ruben Amorim Almaniya millisinin üzvünün onların sisteminə uyğun olduğuna inanır.
Bildirilir ki, “Mançester Yunayted” yayda Raumla danışıqlar aparıb, şəxsi müqavilənin şərtlərini müzakirə ediblər.
Raumun "Leyptsiq"lə müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.
Mirağa