"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan komandasının problemləri ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, “City Report” türk əsilli almaniyalı futbolçunun dediklərini belə təqdim edib:
“Hazırda sabitlik əldə etmək və heyəti qorumaq vacibdir. Söhbət keyfiyyətsizlikdən getmir. Son bir neçə il ərzində komandamızın keyfiyyətli oyunçularla dolu olduğunu sübut etmişik. Düşünürəm ki, burada mənəvi-psixoloji məqamlar böyük rol oynayır. Müsbət enerji yaranan kimi hər şey yenidən yaxşılaşacaq - buna heç bir şübhəm yoxdur”.
Qeyd edək ki, “şəhərlilər” bütün turnirlərdə ardıcıl son yeddi oyunda qələbə qazana bilməyib – Xosep Qvardiolanın komandası bunun altısında məğlub olub. Son olaraq Premyer Liqada əsas rəqibi "Liverpul"a uduzan (0:2) "Mançester Siti" bu gün öz öz meydanında "Nottingem Forest"lə qarşılaşacaq.
Mirağa