İspaniya La Liqasında 19-cu turun daha bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün “Atletik” öz meydanında son çempion “Real Madrid”lə üz-üzə gəlib.
Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. "Kral klubu"nun hücumçusu Kilian Mbappe 69-cu dəqiqədə penaltini vura bilməyib.
Daha öncə “Barselona” səfərdə “Malyorka”ya qalib gəlmişdi – 5:1.
19-cu turun qalan oyunları 2025-ci ilin yanvar ayında baş tutacaq.
İspaniya La Liqası
19-cu tur
4 dekabr
Atletik – Real Madrid 2:1
Qollar: Berencer, 53. Quruseta, 80 – Bellingem, 78.