"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 14-cü turunda evdə "Mançester Yunayted" üzərində qazandıqları qələbəni (2:0) şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "topçular"ın rəsmi saytı belə çatdırıb:
"Çox şadam. Bu, xüsusi axşamdır. Davidin seyvinin bir epizodda köməyimiz gəldiyi dəqiqdir. Amma necə oynadığımız, xüsusilə, ikinci hissədəki əvəzləmələrdən sonra dominantlıq edən tərəf olmağımız çox müsbət məqamlardan xəbər verir".
Nihat