Niderlanlı veteran futbolçu Rafael van der Vart İngiltərədə çıxış etmiş həmyerliləri arasında kimi ən yaxşı hesab etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "The European Lad" onun dediklərini belə təqdim edib:
“Berqkamp Premyer Liqada oynamış ən yaxşı niderlandlı oyunçudur. Mən onun kimi qolçu futbolçu görməmişəm. Berqkampın problemi onun çox darıxdırıcı olmasıdır. Danışmır, pivə içmir. Biz onun indi sağ olub-olmadığını belə bilmirik”.
1995-2006-cı illərdə "topçular"ın şərəfini qoruyan Dennis Berqkamp "Arsenal"ın əfsanələrindəndir.
2018-ci ildə təqaüdə çıxan van der Vart isə vaxtilə İngiltərə klubu "Tottenhem"də çıxış edib.
Mirağa