Noyabrda keçirilməli olan, lakin daşqınlar səbəbindən təxirə salınan "Real Madrid" - "Valensiya" matçı yenidən baş tutmaya bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Onda Cero" yayıb.
Oyunun yeni tarixi 2 yanvara təyin olunsa da, tərəflər həmin vaxtda görüşmək istəmirlər. Mənbənin məlumatına görə, klublar öz aralarında razılığa gəliblər, La Liqa rəhbəri isə qərarı hələ rəsmən təsdiqləməyib.
"Real Madrid" yanvarın 2-də oynamaq istəməməsini bayram günü olması olması ilə əsaslandırıb.
Madrid nəhəngi 15 matçdan sonra 33 xalla La Liqa turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Valensiya" isə 13 oyun keçirib və 10 xalla 19-cu yerdədir.
Mirağa