"Çelsi"nin və İngiltərə millisinin hücumçusu Noni Madueke London təmsilçisinin çempionluq mübarizəsi barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "The Evening Standart" onun sözlərini belə çatdırıb:
"Əlbəttə ki, biz titul uğrunda mübarizəyə hazırıq. Bu mübarizənin içində olub-olmamağımız artıq başqa sualdır. Hər oyunu olduğu kimi qəbul edirik. İnkişaf etməyə, "artırmağa" çalışırıq".
Xatırladaq ki, 14 oyuna 28 xal toplayan "Çelsi" İngiltərə Premyer Liqasının turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub.
Nihat