Bu mövsüm zədəlilərin çoxluğundan əziyyət çəkən "Real Madrid"in durumu düzəlməkdədir.
Fanat.Az xəbər verir ki, İspaniya nəhənginin iki aparıcı futbolçusu artıq sıraya dönüb.
Söhbət hücumçusu Vinisius Junior və müdafiəçi David Alabadan gedir. Ulduz futbolçular kollektiv məşqlərə başlayıblar.
Braziliyalı noyabrın 24-də "Leqanes"lə matçda sol biseps əzələsindən zədə alıb və o vaxtdan bəri meydana çıxmayıb. Avstiyalı Alaba isə 2023-cü ilin dekabrından bəri oynamır.
"Real Madrid" dekabrın 7-də La Liqanın 16-cı turu çərçivəsində səfərdə "Jirona" ilə qarşılaşacaq.
Mirağa