"Çox məyusam" - Postekoğlu təslim olmaq istəmir

"Çox məyusam" - Postekoğlu təslim olmaq istəmir

İngiltərə Premyer Liqasının 14-cü turunda səfərdə "Bornmut"a uduzan "Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Demək istədiyim yalnız budur ki, çox məyusam və hər şeyi qaydaya salmaq niyyətindəyəm. Mübarizə aparmağa davam edəcəm. İstədiyimizi həyata keçirənə qədər durmadan çalışmalıyıq".

Xatırladaq ki, Hostpur təmsilçisi "Bornmut"a 0:1 hesabı ilə uduzub. "Tottenhem" növbəti matçını "Çelsi"yə qarşı keçirəcək. "Zadəganlar"la oyun dekabrın 8-də baş tutacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər