"Zinçenko məni ölümünə qorxudur"

"Zinçenko məni ölümünə qorxudur"

İngiltərə Premyer Liqasının 14-cü turunda öz meydanında "Mançester Yunayted"i məğlub edən (2:0) "Arsenal"ın sabiq futbolçusu İan Rayt "topçular"ın ukraynalı müdafiəçisi Aleksandr Zinçenkonun "qırmızı şeytanlar"a qarşı oyununu tənqid edib.

Fanat.Az xəbər verir ki, o, "The Overlap" telekanalına açıqlamasında belə danışıb:

"Gizlətməyəcəm, müdafiənin sol cinahı məni hələ oyun başlamamışdan qayğılandırırdı. Zinçenko məni ölümünə qorxudur".

Xatırladaq ki, cari mövsüm "Arsenal" forması ilə bütün turnirlərdə 6 oyuna çıxan Zinçenko məhsudar göstəricilərlə yadda qalmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər